Nəsimi rayonunda 2018/2019-cu tədris ilinin yekunları və 2019/2020-ci tədris ilinə hazırlığın vəziyyəti müzakirə edilmişdir
Bakı şəhərinin mərkəzi rayonu olan Nəsimi rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman diqqət mərkəzində olmuşdur.
2018/2019-cu tədris ilində rayonun orta məktəblərini 1574 nəfər şagird bitirmiş, onlardan 1233 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 156 nəfəri 500-dən, 57 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 327 nəfəri xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. 2018/2019-cu təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 1 məzun qızıl medala layiq görülmüşdür.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda 2018/2019-cu tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur.
Toplantıda 151 nömrəli tam orta məktəbin müəllim və rəhbərləri iştirka etmişlər.
Tədbirdə iştirak edən məzunlar, onların müəllimləri və valideynləri təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Respublikasının Birinci vitse -prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Məktəb ərazisində yaşayan sosial qayğıya ehiyacı olan ailələrdən olan 5 nəfər şagirdə məktəbli forması təqdim edilmişdir.