Məktəbdə Son Zəng keçirildi
14 iyun 2019-cu il tarixdə respublikanın bir çox ümumtəhsil məktəblərində olduğu kimi, 151 nömrəli tam orta məktəbdə də "Son zəng" tədbiri keçirildi. Məktəbin direktoru Kifayət Tanrıverdiyeva tədbiri açıq elan edərək öz çıxışında şagird və müəllim kollektivinin təhsildə qazandığı uğurlardan söz açdı, ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlər və bu sahədə həyata keçirilən layihələr barədə danışdı. Müstəqil həyata qədəm qoyan məzunlara ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladı.
Qeyd olundu ki, bu il məktəbi 45 məzun bitirir. Vurğulandı ki, ötən dərs ilində məktəb məzunları ali məktəblərə qəbulda yüksək nəticələr göstərmişlər.Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakmiyyətinin nümayəndəsi Anar müəllim məzunlara və məktəb kollektivinə uğurlar arzuladı.
Şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olundu. Sonda isə son zəng çalındı.