Məktəbdə müəllimlərin ümumi iclası keçirilmişdir
İclasın gündəliyi Azərbaycan Respublikası təhsil nazirinin “ Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə” 13.05.2019-cu il tarixli, F-260 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 20.05.2019-cu il tarixli, F-233 nömrəli əmrlərinin icrasıilə əlaqədar kollektivin fəaliyyətinin istiqamətlərini və buna uyğun olaraq məktəbin “Xüsusi tədbirlər planı”nın müzakirə edilərək qəbul edilməsindən ibarət olmuşdur.
Gündəlikdə olan məsələ barədə məktəbin direktoru Kifayət Tanrıverdiyeva arayış vermiş və o, əvvəlcə müvafiq əmrlərin məzmununu pedaqoji kollektivə izahı ilə çatdırmışdır. Çıxışının sonunda K.Tanrıverdiyeva müvafiq əmrlərin icrası ilə əlaqədar “Tədbirlər planı” nın əsas istiqamətlərini müzakirə üçün təklif irəli sürdü. Çıxışlar oldu. Qərarlar qəbul edildi.