1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirildi
1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Zabitlər bağında bayram tədbiri keçirilmişdir. Uşaqlar qarşısında çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov tədbirdə iştirak edən bütün uşaqları “ 1İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə təbrik edərək bildirmişdir ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, xüsusi diqqət və qayğı vardır. Onların layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır.
Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız uşaqlara xüsusi diqqət yetirilir..
Keçirilən bayram şənliyi uşaqların yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmuşdur. Bayram tədbirində şən kloun və nağıl qəhrəmanları uşaqları əyləndirmiş, onlarla birlikdə maraqlı oyunlar təşkil etmişlər. Tədbirdə 151 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi də iştirak etmişdir.