“Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirildi

Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin  təkmilləşdirilməsi  istiqaməti  üzrə  rəy və təkliflərinin  əldə edilməsi, məktəbin pedaqoji  heyəti və texniki işçi kollektivi  ilə ünsiyyət platformasının  yaradılması məqsədi ilə 151 nömrəli tam orta məktəbdə “Valideynin məktəbdə bir günü”adlı layihə  həyata  keçirildi.

Tərtib edilmiş  “Valideynin məktəbdə bir günü” adlı tədbirin proqramına  uyğun olaraq rəsmi açılış oldu. Sonra valideynlərin övladlarının  təhsil aldıqları  müəssisə ilə yaxından tanışlığı  təmin edildi. Valideynlərin məktəb kitabxanası, akt zalı, idman zalı,  sinif  sinif otaqları, tibb otağı və labaratoriyaları gəzərək məktəb mühiti  ilə tanış oldular. Müxtəlif  fənlər  üzrə dərslərdə iştirak etdilər

            Valideynlərin istər infrastruktur, istərsə də tədris prosesinin təkmilləşdirilməsi, eləcə də məktəb mühitinə göstərə biləcəkləri  töhfələr ilə bağlı rəylər, təkliflər əldə edilərək məktəb rəhbərləri ilə səmərəli fikir mübadiləsi və müzakirələr aparıldı. Sonda istedadlı şagirdlərin ifasında musiqi nömrələri dinlənildi və şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil edildi.

Beləliklə  “Valideynin məktəbdə bir günü” layihəsi valideyn əməkdaşlığını daha da ön plana çəkir, şagird şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Valideyn- şagird- müəllim və məktəb  rəhbərliyi arasında əməkdaşlıq birgə  qərarların qəbul edilməsinə,  hər bir iştirakçının  rəylərini , təkliflərini  əldə etməyə, kollektiv  şəkildə  fəaliyyətlər  icra etməyə imkanlar yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi