“İnsan hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirildi
Məktəbdə ölkəmizdə elan olunan “İnsan hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirildi. Əsas məqsəd insan hüquqlarını və hüquq bərabərliyini şagirdlər arasında təbliğ etmək, insan hüquqlarına əməl olunmasının zəruriliyini onlara çatdırmaqdan ibarət olmuşdur.
“Sən öz hüquqlarını necə bilirsən?” adlı dəyirmi masada iştirak edən şagirdlər malik olduqları hüquqlardan danışdılar və insan hüquqlarının pozulmasının yolverilməz olmasını qeyd etdilər.
Sonda şagirdlər müxtəlif şüarlarla çıxışlar etdilər .