Respublika günü qeyd olundu
Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürür duyduğu bir gündür. Bu gün respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunur.bu gün münasibəti ilə məktəbdə tarix müəllimi Azru Quliyevanın təşkilatçılığı ilə tədbir keçirildi. O, bir çox faktlara əsaslanaraq 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsindən, Xalq Cümhuriyyətinin təşəkkül tapmasından danışdı.
Tədbirdə iştirak edən 8 “C” sinif şagirdləri hazırladıqları referatlarla çıxışlar etdilər, şeirlər söylədilər, mahnılar ifa etdilər.
Tədbirin sonunda məktəbin direktoru K.H.Tanrıverdiyeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından geniş danışaraq tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.