Milli qəhrəman Murad Mirzəyevin mübarizə yolu

Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımzın, ordumuzun gücünü göstərən qələbədir. Qəlbi  Vətən, Azərbaycan eşqi ilə döyünən Murad Telman oğlu Mirzəyev qəhrəmanlıq  göstərərək şəhidlik zirvəsinə yüksəldi. Onun adı Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə yazıldı.

Məktəbin ibtidai sinif müəllimi Məlahət Abdullayeva  Murad Mirzəyevin mübarizə yolu və qəhrəmanlığı haqqında uşaqlara geniş məlumat verdi. Onları maraqlandıran sualları cavablandırdı. Vətənin cəsur oğlu döyüşdə bir addım belə geri çəkilməyərək şəhidlik zirvəsinə yüksəldi.

Valideyn və şagirdlərin iştirakı ilə Bakıdakı İkinci Fəxri Xiyabanda Murad Mirzəyevin xatirəsi bir daha yad edildi. Sonra isə şagirdlər Murad Mirzəyevin ev muzeyinə yollanaraq onun həyat yolu və qəhrəmanlığı haqqında məlumatlarla daha da ətraflı tanış oldular.

3”B” sinif şagirdləri sinif otaqlarında  Murad Mirzəyevin xatirəsinə həsr olunmuş guşə yaratdılar və albom tərtib etdilər.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi