Faşizm üzərində tarixi Qələbənin 74-cü ildönümü qeyd olunmuşdur
II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonunda təntənəli şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində veteranlarla görüşlər, mədəniyyət müəssisələrində tədbirlər təşkil olunmuşdur. Qələbə günü ilə bağlı rayondakı 1941-1945 abidəsinin yerləşdiyi parkda Nəsimi rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, veteranların iştirakı ilə tədbir keçirilmişdir.
Tədbrin əvvəlində Nəsimi rayon “Şahinlər”inin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, rayon məktəblərinin “Şahinlər” komandalarının rəsmi keçidi olmuşdur. Məktəbin “Şahinlər” komandası tədbirdə fəal iştirak etmişdir.
Daha sonra 1941-1945 abidəsinin önünə əklil qoyulmuş, rayon rəhbərliyi, veteranlar, tədbirdə iştirak edən qonaqlar abidənin önünə tər çiçəklər düzmüşlər.