İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya
Təhsil Nazirliyi və İçərişəhər Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi arasında əldə edilmiş razılığına əsasən 151 nömrəli tam orta məktəbin 60 nəfər fəal şagirdlərinin iştirakı ilə İçərişəhərə ekskursiya təşkil edilmişdir.
İçərişəhər orta əsrlərdə Azərbaycanda yüksək inkişaf etmiş şəhərsalma sənətinin olduqca qiymətli incisidir. Şagirdlər İçərişəhər ərazisində yerləşən Qız Qalası, Şirvanşahlar sarayı kompleksi və Bakı Marionete Teatrı ilə bərabər qala divarları, məscidlər, karvansara, hamam, bazar meydanı və sair memarlıq sənətini özündə birləşdirən misilsiz abidələrlə tanış olmuşlar.
Ərazidə olan abidələrin lazımi səviyyədə qorunub saxlanması və gələcək nəsillərə çatdırılması ilə əlaqədar məktəblilərə geniş məlumatlar verilmişdir.