Cəlil Məmmədquluzadənin “Poçt qutusu” əsərinin müzakirəsi keçirildi

     Böyük Azərbaycan  yazıçısı Cəlil Məmmədquluzadə əsərlərində dövrünün eybəcərliklərini ustalıqla qələmə almış, azərbaycanlıların elmdən, təhsildən uzaq düşmənlərindən, varlı təbəqələrlə kasıblar arasındakı bərabərsizlikdən, çar məmurlarının özbaşınalığından acı təəssüf hissi ilə söhbət açmışdır. Bu baxımdan əibin “Poçt qutusu” hekayəsi çox xarakterikdir.

      8 “C” sinif şagirdlərinin iştirakı ilə məktəb kitabxanasında C.Məmmədquluzadənin “Poçt qutusu” hekayəsinin müzakirəsi keçirildi. Ədibin ustalıqla qələmə aldığı bu əsər böyük təsir gücünə malikdir. Oxucu düşünür və onda cəmiyyətdəki naqis cəhətlərə qarşı nifrət hissi baş qaldırır.

      “Poçt qutusu” əsəri şagirdlərin ifası ilə səhnələşdirildi. Əsərdəki Novruzəli və Vəli Xan obrazları təhlil olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi