Azərbaycan Dili milli varlığımızdır
Dil hər zaman millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. “Beynəlxalq ana dili günü” 151 nömrəli tam orta məktəbdə də keçirildi. İbtidai sinif müəllimi Hicran Sadıqova ana dilimiz, onun mənşəyi, yaranma tarixi haqqında ətraflı məlumat verdi. Daha sonra şagirdlərin ifasında şeirlər söylənildi, mahnı və rəqslər ifa olundu.
Ana dilimizi qorumaq, inkişaf etdirmək hamımızın müqəddəs borcudur.