“Valideynin Məktəbdə Bir Günü” layihəsi həyata keçirldi
Valideynlərin təhsil müəssisələri ilə yaxından tanışlığının təmin edilməsi, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət plataformasının yaradılması məqsədi ilə “Valideynin Məktəbdə Bir Günü” layihəsi 151 nömrəli tam orta məktəbdə həyata keçirildi.
Layihə çərçivəsində məktəb rəhbərliyi, valideyn-şagird –müəllim əməkdaşlığının daha da möhkəmlənməsi və onların rəy və təkliflərinin kollektiv şəkildə icra olunmasına imkan yaradıldı.
Tərtib olunmuş proqrama əsasən rəsmi açılış oldu. Valideynlər sonra fənn kabinetləri, kitabxana, akt zalı, tibb otağı ilə tanış oldular. Müxtəlif siniflər üzrə keçirilən dərslərdə valideynlərin iştirakına şərait yaradıldı.
Valideynlər üçün seminar təşkil edildi, onların rəy və təklifləri dinlənilərək fikir mübadiləsi aparıldı.
Sonda istedadlı şagirdlərin ifasında musiqi nömrələri səsləndirildi və məktəb foyesində şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil edildi.