Eko - təqdimat keçirildi
Fevralın 8-də 151 nömrəli tam orta məktəbdə maarifləndirici “Eko-təqdimat” keçirildi. Əsas məqsəd şagirdlərin milli sərvətlərimiz, dəyərlərimiz və digər aktual mövzular üzrə şagirdləri məlumatlandırmaqdan ibarət idi.
Socar Ekologiya İdarəsinin Biomüxtəliflik Departamentinin bioloqu Əbülfəz Allahverdiyev “Azərbaycanın biomüxtəlifliyi" mövzusunda təqdimatla çıxış etdi.
Şagirdlər onları maraqlandıran suallarla tədbirin təşkilatçılarına suallar verdilər və onların sualları dolğun və ətraflı cavablandırıldı.