Qərənfil şəhid gülü

       Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar  faciəsinin 29-cu ildönümüdür. 20 Yanvar qırğını tək insanların taleyini yox, qərənfil gülünün də taleyini dəyişdi. 1990-cı ilin  yanvarından qərənfil matəm gülü kimi tanınır. Elə bil o qırğının bütün ah-naləsi oturdu bu gülün üzərinə.

        Qərənfil niyə matəm gülüdür ?– Bu suala məktəbin ibtidai sinif müəllimi Məlahət Abdullayeva cavab verərək o qanlı tarixçə haqqında ürək ağrısı ilə danışdı.

   Sonra məktəblilər rəngli kağızlardan istifadə edərək qərənfil gülü düzəltdilər.Onun çox gözəl gül olduğunu söyləyərək matəm gülü deyil, başqa çiçəklər kimi insanların sevimli çiçəyi olmasını arzu etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi