20 Yanvarın məktəbli qurbanları
151 nömrəli tam orta məktəbin 3”B” sinif şagirdlərinin növbəti dərsi 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr edildi.Əvvəlcə 20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra 20 Yanvarda şəhid olan məktəbli Larisa Məmmədova və İlqar İbrahimovun həyat hekayəsi bir daha yada salındı.Şəhidlərə həsr olunmuş şeirlər söylənildi, mahnılar ifa olundu.
Düşmən gülləsi onları ömürlərinin fidan çağında haqlamışdı.Bu balaca fədakar məktəblilərin hekayəsi hər bir şagird üçün örnək olacaqdır.
Nəsillər dəyişəcək, lakin Vətən oğullarının və qızlarının xatirəsi ürəklərdə daima yaşayacaqdır.