Poeziyanın sehrli aləmi

Rusiya Mədəni İnformasiya Mərkəzinin “Kниги-юбиляры” layihəsi çərçivəsində 151 nömrəli tam orta məktəbdə rus dili müəllimi Sənubər Almasovanın təşkilatçılığı ilə geniş tədbir keçirildi. Tədbir rus şairi M.Y.Lermontovun həyat və yaradıcılığına həsr olunmuşdur. Məktəbin 5c və 6b sinif şagirdləri Lermontovun yaradıcılığı haqqında məlumat verdilər, şeirlər söylədilər, səhnəciklər göstərdilər. Tədbirdə məktəbin şagird, müəllim və valideyn kollektivi ilə yanaşı qonaq qismində Azərbaycandakı rus cəmiyyətinin sədr müavini L.T.Akunina iştirak edirdi. Sonda L.T.Akunina tədbir haqqında öz fikirlərini söylədi, tədbir iştirakçılarına və onu bu tədbirə dəvət etdiklərinə görə məktəb rəhbərliyinə dərin minnətdarlığını bildirdi, qeyd etdi ki, 151 nömrəli tam orta məktəb Rusiya Mədəni İnformasiya Mərkəzi ilə sıx əməkdaşlıq edir, keçirilən tədbirlərdə yüksək səviyyədə iştirak edir, Mərkəzin keçirdiyi olimpiadalarda məktəbin şagirdləri dəfələrlə yüksək nəticələr göstərməklə müxtəlif dərəcəli diplomlarla təltif olunmuşlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi