El bilir ki, sən mənimsən

        Dekabrın  5-də Nəsimi rayon 151 nömrəli tam orta məktəbdə “El bilir ki, sən mənimsən” adlı  vətənpərvərlik mövzusunda “dəyirmi masa” keçirildi.

         Tədbiri məktəbin Azərbaycan dili müəllimi Solmaz Süleymanova açaraq Azərbaycanın mübarizələrlə dolu keçdiyi  yolu və onun ədəbiyyatda əks olunmasını klassik şair və yazıçılardan  gətirdiyi nümunələrlə  şagirdlərə çatdırdı.

     Sonra şagirdlərin Azərbaycanın müstəqilliyi, cümhuriyyətin kecdiyi yol, vətənimizin müasir dövrdə inkişafı ilə bağlı təqdimatları dinlənildi. Məktəblilərin yurdumuzun füsunkar  gözəlliyini, mübarizliyini tərrənüm edən şeir və mahnıları dinlənildi. Şagirdlərdən İ. Afşari, N.Həsənova, H.Nərmin, R.Nuray, R.Nigar, L.Dadaşova, M.İmaməliyeva, M.Əliyeva, İ.Məmmədov, İ.Quliyev,  A.Həsənova  maraqlı çıxışlar etdilər.

        Tədbirin sonunda məktəbin tərbiyə işləri üzrə direktor müavini Mahirə Qafarova  çıxış edərək  Azərbaycançılığı  təbliğ edən bu tədbir üçün müəllim və şagirdlərə təşəkkür etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi