Dəyirmi masa
3 dekabr tarixdə 4-cü sinif şagirdlərinin iştirakı ilə “Kompüter əsri olsa da, kompüterin əsiri olmayaq” adlı dəyirmi masa keçirildi. Əvvəlcə müasir həyatda kompüterin rolu və müsbət cəhətləri haqqında geniş məlumatlar müzakirə olundu. Sonra isə kompüterin mənfi cəhətləri şagirdlərin hazırladıqları səhnəcik ilə nümayiş etdirildi.
Şagirdlər kompüter qarşısında çox vaxt keçirməyin nə qədər zərərli olmasını, asılılığın yaranmasını və bunun da müxtəlif xəstəliklərə çevrilməsinə səbəb olmasını anladılar