"Ölkəmizi tanıyaq" adlı tur-aksiya

             Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən   14-17 noyabr 2018-ci il tarixlərdə  «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti   maarifləndirici tur-aksiyası  təşkil olundu. Bu tur aksiyada Nəsimi rayonu 151 nömrəli tam orta məktəbin şagirdləri 11"B" sinif şagirdi Məmməd İsgəndərli və 10"A" sinif şagirdi Nigar Allahverdiyeva da Gəncə-Şəmkir - Göygöl rayonlarına səfər etdilər.

            Tur aksiya zamanı məktəblilərin Gəncə şəhərində  Qədim Qala divarlarına, Nizami Gəncəvinin məqbərəsinə, Nizami Gəncəvi adına mərkəzə, Cavad xan  Məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Xan bağına, Amfiteatra,  Gəncə Dövlət  Filarmoniyasına , Gəncə bulvarına, Gəncə avtomobil zavoduna, Göygöl rayonunda Hacıkənd qəsəbəsi və Göygöl milli parkına, Şəmkir rayonunda Abidələr parkına, İstiqlal parkına, “Nəfis”çörək zavoduna, Şəmkir Aqroparkına ekskursiyaları təşkil olundu. Həmçinin bu şəhərlərdə Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkərinə, Bayraq Meydanına, tarix diyarşünaslıq muzeylərinə və digər tarixi yerlərə də səfərləri təşkil olundu.

             Tur-aksiyada iştirak edən şagirdlər və onların valideynləri  onlara  göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi