Bakı Ekspo Mərkəzinə Ekskursiya
Oktyabr ayında Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirildi.
Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak etdilər.
Sərginin açılışı münasibətilə iştirakçıları salamlayan təhsil naziri Ceyhun Bayramov müasir dünyada insan kapitalının önəminin durmadan artdığını qeyd edərək bu amilin ölkələrin inkişafı ilə yanaşı, beynəlxalq reytinqlərdəki göstəriclərinin yaxşılaşması baxımından da mühüm əhəmiyyət daşıdığını bildirdi.
“Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərginin dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçını bir araya gətirdiyini qeyd edən Ceyhun Bayramov Təhsil Nazirliyinin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayaraq, sərginin ziyarətçilər üçün faydalı olacağını dedi.
151 nömrəli tam orta məktəbin IX-XI sinif şagirdləri Bakı Ekspo mərkəzində “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən Beynəlxalq Təhsil Sərgisində iştirak etdilər.
Onlar ali məktəblərə qəbul prosesi ilə əlaqədar və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapdılar.