Məktəbdə Pedaqoji Şuranın iclası keçirildi

İyunun 20-də 151 nömrəli tam orta məktəbdə Pedaqoji Şuranın iclası keçirildi. İclasda II yarımilin yekunlarına dair hesabatlar dinlənildi. Pedaqoji Şuranın gündəliyi aşağıdakı məsələlərdən ibarət oldu: 1) "Keyfiyyət ili" ilə bağlı yerinə yetirilən tədbirlərin yekunları 2) 2017-2018-ci dərs ilinin yekunları 3) I-VIII, X sinif şagirdlərinin növbəti sinfə keçirilməsi 4) IX və XI sinif şagirdlərinin buraxılış imtahanına buraxılması 5) Metodbirləşmələrin illik fəaliyyətinin təhlili 6) 2016-2017-ci il məzunlarının ali məktəblərə qəbulu vəziyyəti 7) 2017-2018-ci dərs ilində həyata keçirilən sinifdənxaric tədbirlər barədə hesabat.
Sonda cari məsələlər müzakirə edildi.