15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür
15 iyun respublikamızda Milli Qurtuluş günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
151 nömrəli tam orta məktəbin 5”B” sinif şagirdlərinin iştirakı ilə geniş tədbir keçirildi və sonda Fəxri Xiyabana ziyarət edildi.