ADA Universitetində III beynəlxalq elm və təhsil konfransı keçirildi

       "ADA" Universitetində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin  dəstəyi ilə “Təhsilin strateji planlaşdırılması: düşüncələr və perspektivlər”  mövzusunda III  beynəlxalq elm və  təhsil konfransı keçirildi.

      Tədbirdə  təhsil naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə  Abbaszadə, ali məktəblərin rektorları, beynəlxalq ekspertlər, KİV nümayəndələri  iştirak etdilər.

       151 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Məlahət Abdullayevada həmin konfransın iştirakçısı olmuşdur.

      Tədbiri giriş sözü ilə açan  "ADA" Universitetinin  prorektoru Vəfa Kazdal   qeyd etmişdir ki, ikigünlük konfransın əsas məqsədi 2013-cü ilin oktyabrında ölkə Prezidenti cənab  İlham Əliyevin imzaladığı  "Azərbaycan  Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsindən ötən son  beş il ərzində əldə edilmiş nəticələrin beynəlxalq təcrübə ilə müqayisədə təhlili və müzakirəsini aparmaqdır. Vəfa Kazdal   elmi konfransa  50-dən çox tədqiqat işinin təqdim olunduğunu, onlardan 15-nin  Elmi Şura  tərəfindən bəyənildiyini, konfransın gedişində iştirakçılara təqdim olunacağını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi