Orta məktəb şagirdləri və məktəb psixoloqları üçün təlim keçirildi

151 nömrəli tam orta məktəbdə “Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası” tərəfindən “Orta məktəb şagirdləri və məktəb psixoloqları üçün təlimin təşkili” layihəsi çərçivəsində treninq keçirildi.
Məktəblilərin psixoloji reabilitasiyası məqsədilə keçirilən görüş şagirdlərin böyük marağına səbəb oldu.