Qəhrəmanlıq tariximizin gənclər arasında təbliği
Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən “Qəhrəmanlıq tariximizin gənclər arasında təbliği” layihəsi çərçivəsində yeniyetmə və gənclərlə görüş keçirildi.
İlk görüş Nəsimi rayonu 151 saylı tam orta məktəbdə baş tutdu.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başladı.
Giriş olaraq Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli sərhəd rayonlarda ermənilərin dinc əhalini, xüsusən uşaqları necə amansızca qətlə yetirdiklərindən danışdı.Emin Həsənli çıxışına davam edərək gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin mühüm əhəmiyyətini və onların bu sahədə daha da formalaşması üçün orta məktəblərdə bu cür görüşlərin artmasının labüd olduğunu vurğuladı.
O, 151 saylı tam orta məktəbin rəhbərliyinə və bütün təşkilatçılara təşəkkürünü bildirdi və daha sonra əlavə etdi ki, başqa məktəblərdə də yeniyetmə və gənclərlə bu cür görüşlərin sayı çox olsa, gənclərə vətənpərvərlik ruhunun aşılanması və təbliğ edilməsi baxımından daha yaxşı olar.
Emin Həsənli çıxışına davam edərək gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin mühüm əhəmiyyətini və onların bu sahədə daha da formalaşması üçün orta məktəblərdə bu cür görüşlərin artmasının labüd olduğunu vurğuladı.
Tədbirin sonunda məktəblilərə videoçarx nümayiş etdirildi və kitabçalar paylandı.