1 iyun- Uşaqların Müdafiəsi Günüdür

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir.Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsi,onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.
151 nömrəli tam orta məktəbin 2 “A”sinif şagirdləri Azərbaycan Gənc Tamaşaçılar Teatrında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbirdə iştirak etdilər.Maraqlı tədbir uşaqların böyük sevincinə səbəb oldu.