Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ)  təşkilatçılığı ilə Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirildi.

Tədbirdə 151 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi də  iştirak etdi .

Tədbir gənc nəslə cümhuriyyətin tarixini mənimsətmək, dövlətçilik ənənələrimizlə bağlı maarifləndirmə işini gücləndirmək, xüsusi istedada malik olan yaradıcı məktəbliləri ictimaiyyətə tanıtmaq, onlarda özünə inam, Vətənə  məhəbbət, dostluq, birlik, humanistlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət  hisslərini tərbiyə etmək məqsədi ilə təşkil olunmuşdu.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başla.

Daha sonra təhsil naziri Ceyhun Bayramov qonaqları salamlayaraq, AXC-nin 100 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. C.Bayramov ölkə baçşısı İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu müvafiq tədbirlərin təşkilinin gənclərə doğma Respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək və sərbəst düşüncə tərzini formalaşdırmaq baxımından yüksək qiymətləndirdiyini bildirdi.

Tədbirdə 2017-2018-ci tədris ilində paytaxt təhsilinin uğurları haqqında məlumat verildi, parlaq nailiyyətləri ilə fərqlənən şagirdlər təqdim olundu.

Konsert proqramında  Azərbaycanın bir əsrlik müasir dövlətçilik tarixini ardıcıllıqla təcəssüm etdirən şeirlər səsləndirildi, vətənpərvərlik mövzusunda mahnılar oxundu və ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi