Kitab bayramı keçirildi
Nəsimi rayon İcra hakimiyyətinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Nəsimi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Zabitlər parkında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş Kitab bayramı keçirildi.
Yaşadığımız informasiya əsrində kitab oxumaq, mütaliəni təbliğ etmək, faydalı informasiyanı yaymaq günümüzün əsas tələblərindən biridir.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov və 151 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivi də iştirak etdilər. Tədbir zamanı rəsm sərgisi, əl işlərinin təqdimatı , eləcə də “Faceart”, Ebru sənəti nümayiş olundu.
Bayram iştirakçılarına azərbaycan, ingilis və rus dillərində kitablar hədiyyə olundu.