Ən yaxşı videoçarx nominasiyasının qalibi olduq

                  “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin Təhsil Nazirliyinin dəstəyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə birgə həyata keçirdiyi “Sağlam davranış” layihəsi çərçivəsində keçirilən sərgi-müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi oldu.

                     “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin sədri Sevinc Əsgərova tədbir iştirakçılarına layihə barədə məlumat verdi. O bildirib ki, 8 aydır davam edən layihə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində olan 50 ümumtəhsil məktəbində, “Damla” İctimai Birliyində, o cümlədən pilot olaraq ilk dəfə regionda - Lənkəran şəhərinin 10 məktəbi və uşaq evində həyata keçirilib: "Bakı şəhəri və bölgə üzrə 5115 şagird bu layihənin təqdimatlarını dinlənilib".

                     "Pətək" İB-nin Layihələr şöbəsinin rəhbəri Xuraman Əsgərova isə vurğuladı ki, layihənin ümumtəhsil məktəblərində həyata keçirilməsində məqsəd davranış qaydalarının təbliği, maarifləndirmə işinin təşkili, uşaqların hərtərəfli, düzgün inkişaf etmiş, milli-mənəvi dəyərlərə malik şəxsiyyət kimi formalaşmasında məktəblərə, valideynlərə və cəmiyyətə dəstək olmaqdır.

                      151 saylı tam orta məktəbin bir qrup şagirdləri də “Sağlam davranış” lahiyəsinə qoşulmuş və “Davranışımızın həyatımıza təsiri” müsabiqəsində “Ən yaxşı videoçarx” nominasiyası üzrə II yeri tutaraq, diplom və qiymətli hədiyyələrlə təltif olundular.

                     Ümumilikdə, 21 məktəb qaliblər siyahısında yer aldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi