Beynəlxalq Ailə günü qeyd edildi

            Nəsimi rayonunda "Xalq Cümhuriyyətinin 100 illiyi" və "Beynəlxalq Ailə Günü" münasibəti ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birgə tədbir keçirildi. Tədbirdə Nəsimi rayonu 151 nömrəli tam orta məktəbdən də 5 nəfərdən ibarət ailə üzvləri iştirak etdi. Həmçinin  ağsaqqal və ağbirçəklər, yeni ailə quracaq  4  cütlük  və digər qonaqlar  iştirak  etdilər.

             Bayram tədbirində Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki,  15 may dünyada " Beynəlxalq Ailə Günü" kimi qeyd olunur. Bu tədbir  planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər mill-mənəvi dəyərlərin qorunmasının vacibliyini hər zaman vurğulamışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də uğurla  həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin Birinci vitse- prezidenti , Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.

            Tədbirdə iştirak edən ağsaqqallar,  ağbirçəklər və 50 ilə yaxın  birgə ömür sürmüş ailələrin üzvləri nikahı kəsiləcək cütlüklərə xeyir-dua verərək dəyərli məsləhətlərini və tövsiyyilərini bildirdilər.Daha sonra təntənəli şəraitdə yeni ailə quracaq  gənclərin nikah mərasimi keçirildi. Bayram tədbirində fəallıq göstərən Paşayevlər ailəsinə və 25 ailəyə fəxri diplomlar təqdim olundu.Tədbirin sonunda nikaha daxil olmuş cütlüklər rayon ərazisindəki parklarda qızılgül kolları əkdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi