Zəlzələ zamanı davranış qaydaları
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Ulu Öndər Heydər Əliyevin 95 illiyi münasibətilə "Zəlzələ haqqında ümumi məlumat, zəlzələ zamanı davranış qaydaları və seysmik riskin qiymətləndirilməsi" layihəsi çərçivəsində Nəsimi rayonu 151 saylı tam orta məktəbdə təlim keçirildi.
Tədbirdə “Tədris şöbəsi”nin müdiri Gülnarə Alxanova və Seysmologiya Sahəsində Maarifləndirmə İctimai Birliyinin direktoru Afaq Ağazadə, mərkəzin kiçik elmi işçiləri Məmmədli Zümrüd, Aşurova Leyla və 151 saylı tam orta məktəbin müəllim heyəti, eləcə də məktəblilər iştirak etdi. Tədbirdə Afaq Ağazadə "Zəlzələ haqqında ümumi məlumat, zəlzələ zamanı davranış qaydaları və seysmik riskin qiymətləndirilməsi" haqqında ümumi məlumat verdi. Daha sonra isə Məmmədli Zümrüd və Aşurova Leylanın məruzələri dinlənildi. Tədbirin sonunda səhnəcik təşkil olundu və məktəblilərin sualları ətraflı şəkildə cavablandırıldı.