Heydər Əliyev Mərkəzinə ekskursiya
Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin razılığına əsasən gənclərin vətənə məhəbbət, xalqın tarixinə hörmət və Ümummilli Lider Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış olmaq məqsədilə bir qrup şagirdlərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olundu.Şagirdlər əvvəlcə Heydər Əliyevin adını daşıyan Mərkəzlə tanış oldular.Sonra üç mərtəbədən ibarət muzeydə ən son texnoloji yeniliklərdən istifadə edilməklə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə dair ətraflı məlumatlar təqdim edildi.
İştirakçılar sonra qədim tarixə, mədəniyyətə sahib olan Azərbaycan haqqında maraqlı məlumatlar əldə etdilər.Nümayiş etdirilən qayaüstü rəsmlər, müxtəlif dövrlərə aid arxeoloji tapıntılar milli geyim və zərgərlik nümunələri şagirdlərdə böyük təəssürat oyatdı.