Qəlbləri fəth edən qadın
Bu il beynəlxalq aləmdə oftalmologiya elmini tanıdan ilk qadın akademik Zərifə xanım Əziz qızı Əliyevanın 95 yaşı tamam olur.
151 nömrəli tam orta məktəbdə “Qəlbləri fəth edən qadın” adlı tədbir keçirildi. Tədbir görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən filmin nümayişi ilə başlandı.
Giriş sözü ilə tədbiri açıq elan edən məktəbin ədəbiyyat müəllimi Səidə İsmayılova bildirdi ki, bu gün akademik Zərifə xanımın xatirə günüdür.O,yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşib.Onun inamla irəliləyərək tibb elminin ən uca pilləsinə yüksəldiyi və nümunəvi bir həyat yolu keçdiyi xüsusilə vurğulandı. Məktəblilər tərəfindən müxtəlif şeirlər səsləndi və mahnılar ifa edildi.
Tədbirin sonunda məktəbin tərbiyə işləri üzrə direktor müavini tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək bir daha qeyd etdi ki, böyük sevgidən yaranıb, böyük məhəbbətlə insanları, vətənini sevənlər əbədi yaşayanlardır.