Yaddan çıxmaz Qarabağ

        Bakı şəhəri üzrə Təhsil İdarəsinin 04.04.2018-ci il tarixli F-148 nömrəli əmrinə əsasən 151 nömrəli tam orta məktəbdə şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı“Oxu günü” çərçivəsində “Yaddan çıxmaz Qarabağ” adlı ədəbi-bədii kompozisiyalardan ibarət tədbir təşkil edildi

        Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, əməkdar müəllim Solmaz Süleymanova açaraq Qarabağın  tarixi haqqında ətraflı məlumat verdi.

        Tədbirdə  Qarabağın tarixi, ərazisi, əhalisi, mədəni irsi, yeraltı və yerüstü sərvətləri haqqında şagirdlərin topladıqları ətraflı məlumatlar  təqdim olundu.

        Şagridlərin ifasında şeirlər söylənildi, mahnılar səsləndi.Qarabağ müharibəsini təsvir edən kiçik dialoqlar, səhnəciklər şagirdlərin ifasında maraqla  qarşılandı.

        Tədbir iştirakçıları bir daha əmin oldular ki, Qarabağ torpaqları Azərbaycanın əzəli, əbədi məskənidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi