Bədii qiraət müsabiqəsi
Şagirdlərin vətənpərvərlik hisslərini daha da artırmaq, nitq mədəniyyətlərini formalaşdırmaq və bədii qiraət sahəsində istedadlarını üzə çıxarmaq məqsədilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən “Azərbaycan Xalq Cümhuriyyəti ili” milli özünüdərkin gerçəkləşməsi üçün zəmindir” adlı “Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin rayon mərhələsi keçirildi. Məktəbin X”A” sinif şagirdi Abid Məmmədov və 3”B” sinif şagirdi Rüstəm Məmmədov müsabiqənin rayon turunda uğurla çıxış etdilər.