“Ölkəmizi tanıyaq” adlı tur - aksiya
151 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Murad Məmmədov öz təhsili və davranışı ilə məktəbdə fərqlənən şagirdlərdən biridir. O, məktəbin ictimai işlərində hər zaman fəal iştirak edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonlar ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyaya Murad da qoşuldu.O,Naxçıvan Muxtar Respublikasında olaraq müxtəlif bölgələrin tarixi–mədəni abidələri, muzeyləri ilə tanış olmuş və bu tur–aksiyanın çox böyük maarifləndirici əhəmiyyəti olduğunu qeyd etmişdir.