Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır
31 Mart - Azərbaycan tarixində unudulmaz bir gündür.1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.Azərbaycanlıların kütləvi surətdə qırğını,repressiyalara məruz qalması,doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
"31 Mart-Azərbaycanlıların Soyqırımı günü"151 nömrəli tam orta məktəbdə də qeyd edildi. Şagirdlər hazırladıqları müxtəlif təqdimatlarla çıxışlar etdilər,şeirlər söylədilər,səhnəciklər göstərdilər.Məktəbimizin tarix müəllimi Arzu Quliyeva 31 Mart–Azərbaycanlıların Soyqırımı haqqında geniş məlumat verərək bir daha şagirdlərə xatirlatdı ki,tarix heç zaman unudulmur,həm də yazılır.Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da onlar bilməlidirlər ki, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərinin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır. Sonda şagirdlərə videoçarx nümayiş etdirildi.