Külək oyadan çərşənbə
Xalq arasında “Külək oyadan çərşənbə”, “Külək çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbənin üçüncüsüdür. Məhz bu çərşənbə günü bütün evlərdə təmizlik işlərinə başlanılir. Yel çərşənbəsində əsasən küləklər bir gün ərzində bir neçə dəfə istiqamətini dəyişir. Eyni ilə bu çərşənbədə də insanlar tonqalların üzərindən tullanırlar. Bu çərşənbəni də uşaqlar böyük maraqla qarşıladılar. Yel çərşənbəsi haqqında bayatılar söylədirlər. Adət - ənənələrdən danışdılar, mahnılar oxudular, şənləndilər.