Sağlam davranış
Elmin, texnikanın inkişaf etdiyi dövrdə uşaqların düzgün qidalanması, sağlam həyat tərzi sürməsi nə qədər önəmlidirsə, onların sağlam davranışa malik olması bir o qədər önəmlidir.“Pətək” İB Təhsil Nazirliyinin dəstəyi ilə məktəbdə “Sağlam davranış”adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirdi.Tədbirdə əsasən 5-8-ci siinif şagirdləri iştirak etdilər.Əsas məqsəd uşaq və yeniyetmələrin hərtərəfli, düzgün inkişaf etmiş milli-mənəvi dəyərlərə malik nümunəvi şəxsiyyət kimi tərbiyə olunması, yarışmalar zamanı uşaqların vaxtını səmərəli axtarışlara yönəltməkdən ibarət olmuşdur.“Sağlam davranış”layihəsini həyata keçirməklə gələcəyimiz,cəmiyyətimiz üçün sağlam nəslin yetişməsinə nail olarıq.