Məktəbdə Pedaqoji Şura keçirildi
Cari ilin 31 yanvar 2018-ci il tarixində 151 nömrəli tam orta məktəbdə Pedaqoji Şuranın iclası keçirildi. İclasda I yarımilin yekunlarına dair hesabatlar dinlənildi. Pedaqoji Şuranın gündəliyi aşağıdakı məsələlərdən ibarət oldu:1)I yarımilin yekunları 2)IX və XI siniflərdə 3 fənn üzrə aparılmış nəzarətli monitorinqin nəticələri 3) Məktəb rəhbərliyinin nəzarəti ilə aparılmış Böyük Summativ qiymətləndirmələrin nəticələri 4)Fənlər üzrə I yarımildə proqram materiallarının yerinə yetirilməsi vəziyyəti 5)V-XI siniflərin riyaziyyatdan aparılmış nəzarətli yazılı yoxlamanın nəticələri 6)I yarımildə həyata keçirilən sinifdənxaric və məktəbdənkənar tədbirlər haqqında hesabat. Sonda cari məsələlər müzakirə edildi.