Tullantılara ikinci həyat

   Təbii mühitin çirklənməsinin əsas mənbəyi istehsal və cəmiyyətin həyat fəaliyyəti prosesində əmələ gələn külli miqdarda tullantıların atılmasıdır. Bunun qarşısının alınması üçün tullantıların çeşidlənməsi və təkrar emalı vacibdir. Nəsimi rayonu 151 nömrəli tam orta məktəbdə şagirdlərə mütəmadi olaraq tullantıların azaldılması və təkrar istifadəsi vərdişləri aşılanır, həmçinin lazımsız  hesab edilən materiallardan yararlı və faydalı əşyalar hazırlanmasının mümkünlüyü izah edilir. IXa sinif şagirdləri və “Yaşıl planet” qrupunun üzvləri müxtəlif yararsız tullantı məhsullarından istifadə edərək Yeni il bayramına aid bəzək əşyalarından ibarət sərgi təşkil etdilər. Sərgi şagirdlər tərəfindən maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi