Molla Pənah Vaqif – 300

  Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar olaraq dekabr ayında ədəbi-bədii gecə keçirildi. Gecəni məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, əməkdar müəllim Solmaz Süleymanova giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycanın milli mədəniyyətini min bir ulduzlu göyə bənzətmək olar. Bu sönməz ulduzlardan biri də Molla Pənah Vaqifdir. Vaqif Azərbaycan sözlərini sanki nota düzmüşdür. Onun bütün yaradıcılığı  elə bil gözəl bir mahnıdır. Onun şeirləri xalqın ruhuna o qədər yaxındır ki, sanki bu şeirləri bütün xalq yaratmışdır. Bu qüdrətli söz ustası Azərbaycanın çox əsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuşdur. Şairin Qarabağın ictimai siyasi həyatında da böyük rolu olmuşdur. Buna görə də biz 18-ci əsri “Vaqif əsri” adlandıra bilərik. Tədbirdə şagirdlərin ifasında mahnılar və Azərbaycan milli rəqsləri təqdim olundu. Səməd Vurğunun "Vaqif" pyesindən maraqlı səhnələr göstərildi. Molla Pənah Vaqifin gözəl, axıcı, musiqili şeirləri şagirdlərin ifasında maraqla qarşılandı. Sonda şairin ruhunun gəlişi və Qarabağın gələcəyinə aid nikbin ruhlu monoloq səhnəsi qonaq və şagirdlərin böyük sevincinə səbəb oldu. Bir daha əminlik yarandı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düzgün daxili və xarici siyasəti nəticəsində tezliklə doğma torpaqlarımız öz qanuni sahibinə, Azərbaycan xalqına qaytarılacaq. Sonda tədbir iştirakçılarına Molla Pənah Vaqif haqqında videoçarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi