Qanunlarımız bizi müdafiə edir
“Uşaq hüquqları aylığı” çərçivəsində Bakı şəhəri 151 nömrəli tam orta məktəbdə 2"B" sinif şagirdlərinin iştirakı ilə “Qanunlarımız bizi müdafiə edir” adlı tədbir keçirilmişdir.Tədbirin keçirilməsində əsas məqsəd uşaqlara diqqətin artırılması, onların hüquqlarının qorunması olmuşdur.Hər bir cəmiyyət istəyir ki,onun uşaqları böyüyərək məsuliyyətli və layiqli vətəndaş kimi yetişsin və cəmiyyətin inkişafında öz əvəzsiz rolunu oynaya bilsin.