Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiya

Məktəbimizin bir qrup şagirdləri Yanardağ Dövlət–mədəniyyət və təbiət qoruğuna ekskursiya etmişlər. Şagirdlərə Yanardağ qoruğu haqqında ətraflı məlumatlar çatdırılmış və onlar qoruq ərazisindəki abidələri ziyarət etmişlər. Yanardağ abidələri özünün indiki vəziyyəti ilə unikaldır, təbii olduğu üçün tayı-bərabəri yoxdur. Elə bu baxımdan da o, həqiqətən ümumbəşəri dəyərə malikdir.