“Uşaq hüquqları aylığı”

Ənənəvi olaraq hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq hüquqları” aylığı elan edilmişdir.Nəsimi rayon İcra Hakimiyyəti ilə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi Beynəlxalq Uşaq hüquqları çərçivəsində “Qaçqın və məcburi köçkün uşaqların hüquqlarının müdafiəsi”adlı tədbir təşkil etmişlər.Tədbirdə Nəsimi rayon məktəbləri, o cümlədən 151 nömrəli tam orta məktəbin də təhsildə fərqlənən və xüsusi istedada malik olan şagirdləri iştirak etmişlər.Tədbirin sonunda Ailə,Qadın və Uşaq probləmləri üzrə Dövlət Komitəsi tərəfindən 151 nömrəli tam orta məktəb də uşaq hüquqlarının müdafiəsi ilə əlaqədar keçirilən tədbirlərdə fəal iştirakına görə diploma layiq görülmüşdür.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi