Fərqlənən məzunlarla görüş
6 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın 2016-2017-ci tədris ilinin yekunları və 2017-2018-ci tədris ilinə hazırlığın vəziyyətinə həsr olunmuş iclası keçirilmişdir. İclasda çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ali məktəblərə qəbul imtahanlarının uğurla başa çatdığını qeyd edərək tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik etdi. Milli Məclisin deputatı Asim Mollazadə tədbirdə iştirak edən məzunları təbrik edərək bu uğurlarının ali məktəblərdə davam etməsini arzuladı. Bildirdi ki, onlar Vətən qarşısında öz borclarını hiss edərək, harada oxumaqlarından asılı olmayaraq göstərilən etimadı doğruldaraq, Azərbaycan gəncliyinin adına layiq olmalıdırlar. İclasda iştirak edən məzunlar, onların müəllimləri və valideynləri təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər. Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məktəbimizin məzunları Məmmədova Nəzrin və Mollayev Murad tədbirə dəvətlilər sırasında idilər. Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara qiymətli hədiyyələr, həmçinin təhsildə fərqlənən və rayon ərazisində yaşayan aztəminatlı ailələrdən, şəhid və müharibə veteranları ailələrindən olan 500 nəfər şagirdə məktəbli forması təqdim edildi.