Fərqlənən məzunlarımızla fəxr edirik!
Qeyd etmək lazımdır ki, 2016-2017-ci tədris ilinin sonunda 151 nömrəli tam orta məktəbi 45 məzun bitirmişdir. Məzunlardan 4 nəfəri savadı, bilik və bacarığı ilə xüsusi olaraq fərqlənmişdirlər. Belə ki, məktəbin XI sinif məzunları Nəzrin Məmmədova, Emil Süleymanlı, Əli Abduləlizadə və Rəşad Əhmədov fərqlənən məzunlardan olmuşlar. Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarovun 4 avqust 2017-ci il tarixli 239 nömrəli Əmri ilə məktəbimizin məzunu, dəfələrlə şəhər və respublika fənn olimpiadalarının qalibi olmuş, savadı, bilik və bacarıqları ilə bütün məktəb yoldaşlarına örnək olan Məmmədova Nəzrin İlqar qızı qızıl medalla təltif olunmuşdur. Bundan başqa, mətəbimizin digər 3 məzunu Emil Süleymanlı, Əli Abduləlizadə və Rəşad Əhmədov təhsildə qazandıqları uğurların, daima öz üzərlərində əzmlə çalışmaqlarının, savadlarının və əldə etdikləri bilik və bacarıqların nəticəsi olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən fərqlənmə attestatlarına layiq görülmüşlər. Məzunlarımızı ürəkdən təbrik edirik, uğurlarının davamlı olmasını diləyirik və təhsillərini davam etdirəcəkləri ali təhsil ocaqlarında da bilik və bacarıqları ilə fərqlənməklərini arzu edirik! Bildiririk ki, məktəbin rəhbərliyi, müəllim, şagird və valideyn kollektivi onlarla fəxr edir!