Məktəbdə Pedaqoji Şuranın 2016-2017-ci dərs ilinin yekun iclası keçirildi
Cari ilin 16 iyun tarixində 151 nömrəli tam orta məktəbdə Pedaqoji Şuranın iclası keçirildi. İclasda II yarımilin yekunlarına dair hesabatlar dinlənildi. Pedaqoji Şuranın gündəliyi aşağıdakı məsələlərdən ibarət oldu: 1. 2016-2017-ci dərs ilinin yekunları. 2. I-VIII, X sinif şagirdlərinin növbəti sinfə keçirilməsi. 3. Metodbirləşmələrin illik fəaliyyətinin təhlili. 4. IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarına buraxılması. 5. VIII və X siniflərdə 8 fənn üzrə aparılmış monitorinqin nəticələri. 6. II yarımildə məktəb üzrə görülmüş sinifdənxaric işlər haqqında hesabat. İclasın sonunda məktəbin biologiya müəllimi Salehə Məmmədova, rus dili və ədəbiyyat müəllimi Sənubər Almasova məktəbin ictimai işlərində fəal iştiraklarına görə məktəb rəhbərliyi tərəfindən diploma layiq görüldülər.