"Son zəng" tədbiri

14 iyun 2017-ci il tarixdə respublikanın bir çox ümumtəhsil məktəblərində olduğu kimi, 151 nömrəli tam orta məktəbdə də "Son zəng" tədbiri keçirildi. Məktəbin direktoru Kifayət Tanrıverdiyeva tədbiri açıq elan edərək öz çıxışında şagird və müəllim kollektivinin təhsildə qazandığı uğurlardan söz açdı, ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlər və bu sahədə həyata keçirilən layihələr barədə danışdı, müstəqil həyata qədəm qoyan məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladı. Qeyd olundu ki, bu il məktəbi 45 məzun bitirir. Vurğulandı ki, ötən dərs ilində məktəb məzunları ali məktəblərə qəbulda yüksək nəticələr göstərmiş, nəinki respublikanın, eləcə də bir çox xarici dövlətlərin (Rusiya Federasiyası, Almaniya, Ukrayna, Türkiyə və s.) universitetlərinə daxil olmuşlar.Tədbirdə iştirak edən digər qonaqlar da məzunlara və məktəb kollektivinə uğurlar arzuladı, şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olundu, sonda isə son zəng çalındı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi